İsrailin və Azərbaycan şirkətləri arasında anlaşma memorandumu imzalanıb

2021.07.30 11:30 (UTC+04:00)

İsrailin “OurCrowd” şirkəti və Azərbaycan investisiya şirkətləri arasında anlaşma memorandumu imzalanıb.

Nu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Anlaşma Memorandumu əsasında startap layihələrinə sərmayə yatırımları və İsrailin aparıcı şirkətlərinin qabaqcıl təcrübələrinin ölkəmizə transferi həyata keçiriləcək. Yeni əməkdaşlıq istiqaməti ölkəmizdə innovativ ekosistemin qurulmasına töhfə verəcək”, - deyə nazir qeyd edib.