İyunda güzəştli şərtlərlə əmək pensiyası alanların sayı 127 min nəfərdən çox olub

2021.07.30 11:04 (UTC+04:00)

Cari ilin iyun ayında güzəştli şərtlərlə əmək pensiyası alanların sayı 127 min nəfərdən çox olub.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, onlardan 97 min nəfərdən çoxu yaşa görə, 16,5 min nəfərdən çoxu əlilliyə görə, 13,5 min nəfərdən çoxu ailə başçısını itirməyə görə əmək pensiyası alanlardır.