Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sahibkarlara müraciət edib

2021.07.29 17:51 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara müraciət edib.

KOBİA-dan bildirilib ki, oktyabrın 27-29-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində 10-cu “UzStroyExpo – 2021” Beynəlxalq Sərgisi keçiriləcək. Sərgidə tikinti sektorunun iştirakçıları, idxalçılar və ixracatçı şirkətlər iştirak edəcək.