Azərbaycanın turizm imkanlarının İsraildə təşviqi məsələləri müzakirə olunub

2021.07.29 16:32 (UTC+04:00)

Azərbaycanın turizm imkanlarının İsraildə təşviqi məsələləri müzakirə olunub.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“İsrailin turizm naziri, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri Yoel Razvozovla ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsində Birgə Komissiyanın rolu, prioritet sahələrə İsrail investisiyalarının cəlb edilməsi, qarşılıqlı ticarət dövriyyəsinin artırılması, Azərbaycanın turizm imkanlarının İsraildə təşviqi məsələlərini müzakirə etdik”, - deyə nazir diqqətə çatdırıb.