Azərbaycan iyunda 2,3 milyard dollarlıq ticarət əməliyyatları aparıb

2021.07.29 16:06 (UTC+04:00)

İyunda Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 2 milyard 382 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət əməliyyatlarının ümumi dəyərinin 998,2 milyon dolları idxalın, 1 milyard 383,8 milyon dolları isə ixracın payına düşüb.