Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb

2021.07.29 15:34 (UTC+04:00)

Yanvar-iyun aylarında Azərbaycandan MDB ölkələrinə 806 milyon 913 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu göstərici 2020-ci ilin müvafiq dövrünə nisbətən 96 milyon 83 min dollar çoxdur.

Cari ilin altı ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 1 milyard 295 milyon 493 min dollar olub.