Rəsmi statistikaya əsasən, Rusiyada iyun ayında pensiyaların orta məbləği 12.822 rubl (298 manat) təşkil edib. 2020-ci ilin iyun ayı ilə müqayisədə bu rəqəm 5,6 faiz çox olsa da, 2021-ci ilin ilk yarısında real ifadədə azalma baş verib.
Bu ilin yanvar ayında pensiyanın real məbləği 2020-ci ilin yanvarına nisbətən 0,4 faiz azalmışdı. Bu rəqəm fevralda 0,1 faiz, martda 0,2 faiz, apreldə 0,1 faiz, mayda 0,5 faiz olmuşdu. İyun ayında isə pensiyaların məbləğində real ifadə ilə azalma 0,8 faiz təşkil edib.
Rusiya mətbuatının yazdığına görə, ölkə vətəndaşlarının pensiya yığımının ümumi həcmi bu ilin ortasında rekord həddə - 3 trilyon rubla çatıb.