İyunda ailə başçısını itirməyə görə 195 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib

2021.07.29 14:09 (UTC+04:00)

Cari ilin iyun ayında ailə başçısını itirməyə görə 195 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, onlardan 142 min nəfərdən çoxu pensiya, 53 min nəfərdən çoxu isə müavinət alıb.