Son altı ayda Dövlət Sosial Müdafiə Fondu tərəfindən 153 mindən çox şəxsə sosial sığorta ödənişləri edilib

2021.07.29 13:05 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən cari ilin ilk yarısında ümumilikdə 153 min 474 şəxsə sosial sığorta ödənişləri həyata keçirilib.

Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, onlardan 51 min 674-nə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, 9 min 270-nə hamiləlik və doğuşa görə həmin ödənişlər edilib. Həmçinin 33 min 316 şəxsə uşağın anadan olmasına görə birdəfəlik müavinət, 58 min 95 şəxsə 3 yaşınadək uşağa qulluqla əlaqədar aylıq sosial müavinət ödənilib. 1119 şəxs üzrə isə dəfn xərci olaraq birdəfəlik müavinət verilib.

Həmin ödənişlər üçün ümumilikdə, 42,5 milyon manata yaxın vəsait ödənilib.