“İslahat icmalı”nda postkonflikt dövrünün çağırışları əsas götürülüb

2021.07.29 11:39 (UTC+04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) bu il Avropanın inkişaf etməkdə olan ölkələrində 4,4 faiz, Latın Amerikası və Karib ölkələrində 4,6 faiz, Yaxın Şərq və Mərkəzi Asiyada 3,7 faiz və Sub-Sahara Afrikada 3,4 faiz iqtisadi artım proqnozlaşdırır. Bu ilin ilk altı ayında Azərbaycanda qeyri-neft sektorunda 5,1 faiz artım qeydə alınıb.

Beləliklə, Azərbaycanın qeyri-neft sektorunun bu ilin ilk altı ayındakı artım tempi sadalanan ölkə qrupları üzrə 2021-ci ildə iqtisadi artım proqnozlarını üstələyir. Dövlət idarəetmə islahatları, o cümlədən vergi-gömrük inzibatçılığının təkmilləşməsi, şəffaflaşdırma və "kölgə iqtisadiyyatı" ilə mübarizə nəticəsində dövlət büdcəsinin gəlirləri artır. Dövlət idarəetmə islahatlarının aparılması, dövlət müəssisələrində korporativ idarəetmənin genişləndirilməsi, vergi-gömrük administrasiyasının təkmilləşdirilməsi, fiskal institutların islahatı, büdcə vəsaitlərindən səmərəli və şəffaf istifadənin artırılması, elektron hökumətin əhatə dairəsinin genişləndirilməsi, ASAN, DOST, Azexport kimi platformaların gücləndirilməsi nəticə etibarı ilə şəffaflıq, hesabatlılıq və səmərəliliyin daha da yüksəldilməsinə xidmət edir.

Azərbaycanda sosial ödənişlər son üç ildə 60 faizdən çox, minimum pensiya 82 faiz, orta pensiya 60 faiz, orta müavinət 100 faiz və ünvanlı sosial yardım 72 faiz artıb. Hazırda ölkədə orta pensiya və minimal əməkhaqqı yaşayış minimumunu üstələyir: yaşayış minimumu 196 manat, orta pensiya 360 manat, minimal əməkhaqqı isə 250 manatdır.
“İslahat icmalı”nın xüsusi buraxılışı ilə bu linkdən tanış olmaq mümkündür: https://bit.ly/3i51d8y