KOBİA İsrailin KOB sahəsində müvafiq qurumları ilə görüşlər keçirib

2021.07.29 11:11 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İsrailə səfəri çərçivəsində müqəddəs Yerusəlim şəhərində İsrailin KOB sahəsində fəaliyyət göstərən müvafiq qurumları ilə bir sıra görüşlər keçirib.

KOBİA-dan bildirilib ki, İsrailin Kiçik və Orta Biznes Agentliyində və Beynəlxalq İnkişaf Əməkdaşlığı Agentliyində (MASHAV) təşkil olunmuş görüşlərdə KOB-ların bilik və bacarıqlarının, məlumatlıq səviyyəsinin artırılması istiqamətində KOBİA tərəfindən həyata keçirilən tədbirlər və KOB inkişaf mərkəzlərinin fəaliyyəti barədə məlumat verilib, bu sahədə İsrail təcrübəsinə və yerli KOB-ların MASHAV-ın təşkil etdiyi təlim proqramlarında iştirakına, eləcə də digər əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.