Cari ilin ikinci rübündə dövlət büdcəsinin gəlirləri dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla 9 milyard 740,9 milyon manat, xərcləri isə 9 milyard 366,2 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, daxilolmaların 21,2 faizi əlavə dəyər vergisi, 16,2 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,4 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,9 faizi fiziki şəxslərin gəlir vergisi, 4,3 faizi aksizlər, 1,3 faizi sadələşdirilmiş vergi, 2,1 faizi vergilərin digər növləri, 44,6 faizi isə vergi olmayan gəlirlər hesabına təmin olunub.