Cari ilin birinci yarısında Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsi 493,25 milyon dollar təşkil edib. Bu da, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz çoxdur.
Bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Hesabat dövründə Gürcüstanın xarici ticarətində Azərbaycanın payı 7,9 faiz olub. Bildirilir ki, bu göstərici ilə Azərbaycanın Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında Türkiyə, Rusiya və Çindən sonra dördüncü yerdədir.
İlin birinci yarısında Gürcüstandan Azərbaycana 244,3 milyon dollarlıq məhsul ixrac olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20,1 faiz çoxdur.
Gürcüstan ötən dövr ərzində Azərbaycandan 248,8 milyon dollarlıq məhsul idxal edib. Bu, müvafiq olaraq 2020-ci ilin eyni dövründəkindən 6,7 faiz azdır.