Altı ayda Azərbaycanda 14,2 milyard dollarlıq ticarət əməliyyatları aparılıb

2021.07.28 16:10 (UTC+04:00)

Yanvar-iyun aylarında Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 14 milyard 202,2 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət əməliyyatlarının 5 milyard 391,1 milyon dolları idxalın, 8 milyard 811 milyon dolları isə ixracın payına düşüb.