Cari ilin yanvar-iyun aylarında Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycanın MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Rusiya, Ukrayna və Belarusdur. Rusiyaya ixrac olunan məhsulların dəyəri 418,5 milyon ABŞ dolları, Ukraynaya 204,8 milyon dollar, Belarusa isə 126,9 milyon dollar olub.