Bu il Azərbaycanda ən çox ixrac əməliyyatları apreldə aparılıb

2021.07.28 15:25 (UTC+04:00)

Cari ildə Azərbaycanda ən çox ixrac əməliyyatları apreldə aparılıb.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu il ixrac əməliyyatlarının ən yüksək göstəricisi aprel, ən aşağı göstəricisi isə mayda qeydə alınıb. Belə ki, apreldə ixrac əməliyyatları 2 milyard 226,3 milyon ABŞ dolları, mayda isə 1 milyard 62,9 milyon dollar təşkil edib.

Qeyd edək ki, bu il ölkədə ixracın dəyəri 8 milyard 811 milyon dollar olub.