Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqlarından əldə edilmiş gəlirlər açıqlanıb

2021.07.28 13:30 (UTC+04:00)

Dövlət Neft Fondunun açıqlamasına əsasən, 2001-ci ildən 2021-ci il iyulun 1-dək olan müddət ərzində Azəri-Çıraq-Günəşli (AÇG) yatağından ümumilikdə 151 milyard 759 milyon ABŞ dolları gəlirlər əldə olunub. Bu ilin ilk altı ayı ərzində isə AÇG yatağından əldə olunan gəlirlərin həcmi 2 milyard 354,1 milyon ABŞ dolları olub.

Şahdəniz yatağından 2007-ci ildən bəri qazın və kondensatın satışından əldə olunan gəlirlərin ümumi həcmi 3 milyard 738 milyon ABŞ dollarıdır. 2021-ci ilin yanvar-iyun aylarında Şahdəniz qaz və kondensat yatağından 70,978 milyon ABŞ dolları məbləğində gəlir götürülüb. Bu rəqəmin 57,131 milyon dolları kondensatın satışından əldə olunub.