Mənzil bazarında qiymət indeksində artım olub

2021.07.28 13:19 (UTC+04:00)

Cari ilin ikinci rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rüblə müqayisədə 100,9 faiz olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, həmin dövr ərzində qiymət indeksi ilkin mənzil bazarı üzrə 101,6 faiz, təkrar mənzil bazarı üzrə isə 100,9 faiz təşkil edib.