Ət idxalı azalıb

2021.07.28 11:19 (UTC+04:00)

Yanvar-iyun aylarında ölkəyə 18,3 min ton ət idxal edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, idxal edilən ətin dəyəri 31,8 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin altı ayında 45,9 milyon dollarlıq 25,6 min ton ət idxal edilib.