İyunda fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 1,68 milyon vahid təşkil edib

2021.07.28 10:32 (UTC+04:00)

Cari ilin iyun ayında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 14 946 vahid və ya 0,9 faiz artaraq 1,68 milyon vahid təşkil edib.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 1 150 vahid, fiziki şəxslər üzrə 12 525 vahid, torpaq mülkiyyətçiləri üzrə isə 1 271 vahid artıb.