Neft Fondu inkişaf etmiş ölkələrə investisiyalarını artırıb

2021.07.27 17:48 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) inkişaf etmiş ölkələrə və beynəlxalq maliyyə təşkilatlarına investisiyaları artıb, inkişaf etməkdə olan ölkələrə isə azalıb.

Neft Fondunun 2021-ci ilin ikinci rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında bildirilir ki, bu il iyulun 1-nə fondun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə 60,87 faizi inkişaf etmiş ölkələr, 6,42 faizi beynəlxalq maliyyə təşkilatları, 19,64 faizi inkişaf etməkdə olan ölkələr təşkil edib.

İlin ilk rübünün sonunda isə ARDNF-in investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə 59,47 faizi inkişaf etmiş ölkələr, 5,98 faizi beynəlxalq maliyyə təşkilatları, 21,70 faizi inkişaf etməkdə olan ölkələr təşkil edirdi.