Altı ayda 26 min tonadək alma ixrac olunub

2021.07.27 16:31 (UTC+04:00)

Bu ilin 6 ayında 26 min tonadək alma ixrac olunub.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, ixrac edilən almanın dəyəri 11,6 milyon dollar təşkil edib.

Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 9 milyon dollar olmaqla 21,4 min ton alma ixrac edilib.