İyulun 1-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə 62,9 faizi istiqrazlar və pul bazarı alətləri, 17,9 faizi səhmlər, 6,1 faizi daşınmaz əmlak və 13,1 faizi (101,8 ton) isə qızıl təşkil edib.
Bu barədə Neft Fondunun cari ilin ikinci rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında deyilir.