Plastik kartların sayı 10 milyonu keçib

2021.07.27 14:23 (UTC+04:00)

Mərkəzi Bankdan bildirilib ki, əvvəlki ayla müqayisədə kartların sayında 79 min ədəd artım olub.

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ödəniş kartlarının sayı 16 faiz artıb. Ödəniş kartlarının sayındakı artım debet kartları üzrə 15 faiz, kredit kartları üzrə 27 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 196 min, kredit kartlarının sayı 254 min, digər kartların sayı isə 973 min ədəd artıb.

İyunda sosial kartların sayı 3 milyon 469 min, əməkhaqqı kartlarının sayı isə 2 min 593 min ədəd təşkil edib.