Nağdsız əməliyyatların həcmi keçən illə müqayisədə 57 faiz artıb

2021.07.27 13:47 (UTC+04:00)

Mərkəzi Bankın hesabatına əsasən, bu ilin 6 ayında kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 4 milyard 313 milyon manat təşkil edib. Nağdsız ödənişlərin 53 faizi və ya 2 milyard 292 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 1 milyard 764 milyon manatı POS-terminallar, 257 milyon manatı isə ATM-lər vasitəsilə reallaşdırılıb.

İyun ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 28,4 faizini təşkil edib.
Bankların ödəniş xidməti şəbəkəsində də əhəmiyyətli dəyişiklik baş verir. Ötən ilin iyun ayının sonu ilə müqayisədə ölkədə bankomatların sayı 9,1 faiz, POS-terminalların sayı isə 8,1 faiz artıb.