Meyvə-tərəvəz ixracının həcmi artıb

2021.07.27 12:15 (UTC+04:00)

Yanvar-iyun aylarında 330,9 min tonadək meyvə-tərəvəz ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, ixrac edilən meyvə-tərəvəzin dəyəri 306,4 milyon dollar olub.

Xatırladaq ki, 2020-ci ilin eyni dövründə dəyəri 328 milyon dollar olmaqla 327,2 min ton meyvə-tərəvəz ixrac edilib.