Altı ayda 452,3 milyon manat sığorta haqqı toplanılıb

2021.07.26 16:09 (UTC+04:00)

Yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 452 milyon 366 min manat məbləğində sığorta haqqı toplanılıb.

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, hesabat dövründə sığorta şirkətlərinin 248 milyon 2 min manat ödəniş həyata keçirib.