“Yaşıl kart” sığorta müqavilələrinin sayı azalıb

2021.07.27 10:02 (UTC+04:00)

2020-ci ilin ilk 6 ayında “Yaşıl kart” sığorta müqavilələri üzrə orta sığorta haqqı 127,77 manat, 2021-ci ilin eyni dövründə isə 209,35 manat olub. Buna əsas səbəb kimi minik avtomobillərinin xarici dövlətlərə çıxışının kəskin azalması göstərilir.

2020-2021-ci illərin yanvar-iyun ayları üzrə müqavilələrin sayı və sığorta haqları


Nəqliyyat vasitələrinin növləri üzrə sığorta haqları

Nəqliyyat vasitəsinin növü

Yanvar-iyun, 2020

Yanvar-iyun, 2021

Müqavilə sayı

Sığorta haqqı

Müqavilə sayı

Sığorta haqqı

Yük

4485

964,707.00

5282

1,202,763.00

Minik

3826

97,526.00

630

33,516.00

Avtobus

33

4,000.00

6

810.00

Motosiklet

1

10.00

1

70.0

Cəmi

8345

1,066,243.00

5919

1,239,159.00


2020-2021-ci illərin yanvar-iyun ayları üzrə verilmiş sığorta ödənişləri

2020-ci ilin yanvar-iyun ayları ərzində 193 yol nəqliyyat hadisəsinə görə 498.353,01 manat, 2021-ci ilin müvafiq dövründə isə 100 yol nəqliyyat hadisəsinə görə 258.696,47 manat sığorta ödənişi edilib.

2020-ci ilin yanvar-iyun ayları ərzində bir hadisə üzrə ortalama sığorta ödənişi 2.570 manat, 2021-ci ilin yanvar-iyun ayları ərzində isə 2.587 manat təşkil edib.

Ölkələr üzrə hadisələrin sayı və sığorta ödənişləri

Ölkələr

Yanvar-iyun, 2020

Yanvar-iyun, 2021

Hadisə sayı

Sığorta ödənişi

Hadisə sayı

Sığorta ödənişi

Rusiya

141

325.628,17

49

123.118,22

Türkiyə

47

157.813,92

44

112.213,09

Digər

5

14.910,92

7

23.365,16

Cəmi

193

498.353,01

100

258.696,47

Hadisələrin önəmli hissəsi 2020 və 2021-ci ilin ilk 6 ayında Rusiya və Türkiyə Respublikasında baş vermişdir.

Ölkələr və nəqliyyat vasitəsi növləri üzrə hadisələrin sayı

Ölkələr

Yanvar-iyun, 2020

Yanvar-iyun, 2021

Yük

Minik

Avtobus

Cəmi

Yük

Minik

Avtobus

Cəmi

Rusiya

78

61

2

141

38

11

-

49

Türkiyə

32

15

-

47

32

12

-

44

Digər

5

-

-

5

6

1

-

7

Zərərlilik nisbəti

2020-2021-ci illərin ilk 6 aylıq dövrünə əsasən xarici ölkələrdə baş vermiş hadisələr üzrə zərərlilik nisbətləri ciddi fərqlilik göstərməkdədir. Belə ki, 2020-ci ilin ilk yarısında toplanan sığorta haqlarının 47 faizi həcmində sığorta ödənişi verilmiş, 2021-ci ilin müvafiq dövründə isə bu nisbət 21 faiz olaraq ortaya çıxıb. Zərərlilik nisbətinin azalmasının əsas səbəbi Yaşıl Kart müqaviləsi əldə edən yük avtomobillərinin sayının artması və minik avtomobillərinin sayının azalması ilə bağlıdır.

İcbari Sığorta Bürosu