Yaponiyada populyar anime yaradıcıları vergidən yayınmaqda ittiham edilir

2021.07.26 14:10 (UTC+04:00)

Tokio şəhərinin prokurorluğu Yaponiyanın “Ufotable” anime studiyasının vergidən yayınması ilə bağlı rəsmi ittihamnamə irəli sürüb.

Şirkət və onun prezidenti Hikaru Kondi 137 milyon yen (təxminən 1,2 milyon dollar) həcmində vergini dövlət büdcəsinə ödəməkdən yayındığına görə ittiham edilir. Bu iş üzrə təhqiqat artıq iki ildir davam edir. İlk dəfə 2018-ci ildə “Ufotable” şirətinin vergidən yayınması ilə bağlı kütləvi informasiya vasitələrində məlumat yayılmışdı.

Qeyd edək ki, anime Yaponiya multiplikasiyasıyasıdır və uşaq auditoriyası üçün çəkilən ənənəvi multiplikasiyalardan fərqli olaraq əsasən yeniyetmələrə və böyüklərə ünvanlanır. Müasir animelərin hazırlanmasında kompüter texnologiyasından geniş istifadə edilir. “Ufotable” şirkətinin hazırladığı “Şeytan qırıcısı” serialı dünyada məşhurdur.