Vergi orqanı müəssisənin alış və satışları zamanı tətbiq etdikləri (sənədlərdə göstərdikləri) qiymətləri yoxlayıb onları bazar qiyməti ilə müqayisə apara bilər.
Əgər vergi ödəyicisi alış və satış zamanı qiymətləri əsassız şəkildə bazar qiymətindən ucuz və ya baha göstərərsə, bu zaman bazar qiyməti tətbiq olunmaqla ödəyiciyə əlavə vergilər və cərimələr tətbiq oluna bilər.
Vergi Məcəlləsi bazar qiymətlərinin tətbiqinə iki istiqamət üzrə yanaşır:
- satışın bazar qiyməti;
- alışın bazar qiyməti.
Əgər ödəyici satış qiymətini bazar qiymətindən aşağı və ya yuxarı göstərərsə, bu zaman Vergi Məcəlləsinə görə malların (iş və xidmətlərin) satışının bazar qiymətinin tənzimlənməsi aşağıdakı qaydada, mərhələlər üzrə həyata keçirilir:
1-ci mərhələ: Vergi orqanı tərəfindən təqdim edilmə tarixindən 30 gün əvvəl və 30 gün sonrakı tarixdəki dövrdə başqa vergi ödəyicisi tərəfindən eynicinsli malların qiymətlərinin bazar araşdırılması aparılır. Adətən, bu araşdırma Dövlət Statistika Komitəsinin, Gömrük Komitəsinin və vergi orqanının baza məlumatlarının əsasında formalaşır.
2-ci mərhələ: Yuxarıda qeyd olunan dövrdə təqdimetmə tarixinə ən yaxın tarixdəki bazar qiyməti müəyyən olunur.
3-cü mərhələ: Təqdimetmə tarixinə ən yaxın dövrdəki bazar qiyməti ilə ödəyici tərəfindən müəyyən edilmiş qiymət arasında müqayisə aparılır. Müqayisə obyekti olaraq təqdimetmə tarixindən əvvəl və sonrakı dövrə olan qiymətlərdən ən kiçiyi götürülür.
4-cü mərhələ: Əgər müəssisə tərfindən tətbiq olunan qiymət analoji mal üçün bazarda təşəkkül tapan qiymət səviyyəsindən (müqayisə üçün götürülən qiymətdən) 30 faizdən çox fərqlənərsə, bu zaman bazar qiyməti 30 faizdən az fərq edərsə, müəssisənin müəyyən etdiyi qiymət əsas götürülür (Maddə 14.6.6).
Misal: Hesab edək ki, müəssisə 31.10.2019-cu ildə 150 manat dəyərində xidmət göstərib. Səyyar vergi yoxlaması qeyd olunan dövrdəki satışın qiymətinə şübhəli yanaşıb və bazar araşdırılması aparılaraq 60 günlük (təqdimetmə tarixindən 30 gün əvvələ və 30 gün sonrakı tarixə) dövr ərzində aşağıdakı qiymətlərin təşəkkül tapdığı aşkar edilib:
Bazar qiymətinin araşdırılması ilə bağlı sentyabr-oktyabr ayları üzrə qiymətlərin təsbiti:
190 man |
250 man |
150 man |
390 man |
180 man |
|||||
|
|
|
|
|
|
|
|
|
|
30.09.19 |
18.10.19 |
31.10.19 |
14.11.19 |
30.11.19 |
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
60 günlük dövr |
|
|
|
|
Buradan görmək olur ki, 60 gün ərzində 31.10.19 tarixindən ən yaxın dövrlər üzrə ən baha qiymət 390 manat, ən ucuz qiymət isə 250 manat olub. Deməli, 250 manat 150 manatdan 30 faizdən çox olduğu üçün 250 manat əsas götürülə bilər. Əgər 390 manat 12.11.19-cu ildə olsaydı, 390 manat əsas götürülə bilərdi.
Qeyd edək ki, alışlar zamanı da yuxarıda göstərilən mərhələr tətbiq oluna bilər. Alınmış malların (iş və xidmətlərin) alış qiyməti bazar qiymətindən 30 faizdən çox (yuxarı və ya aşağı) fərqləndiyi halda da bazar qiyməti tətbiq oluna bilər.