Qeyri-neft-qaz məhsullarının ixracı artıb

2021.07.23 14:51 (UTC+04:00)

Yanvar-may aylarında qeyri-neft-qaz məhsullarının ixracı 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə faktiki qiymətlərlə 25,8 faiz, real ifadədə 11,9 faiz artaraq 907,6 milyon dollara bərabər olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (30,8 faiz), Türkiyəyə (28,1 faiz), İsveçrəyə (10 faiz), Gürcüstana (7,6 faiz), ABŞ-a (3,2 faiz), Çinə (1,9 faiz), Ukraynaya (1,6 faiz), Türkmənistana (1,6 faiz), Qazaxıstana (1,2 faiz), Özbəkistana (1,2 faiz), Birləşmiş Krallığa (1 faiz), Belçikaya (1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.