Kənd təsərrüfatı məhsullarının istehsalı 5,6 faiz artıb

2021.07.23 11:34 (UTC+04:00)

Cari ilin yanvar-iyun ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4 milyard 370,4 milyon manat təşkil edib, onun da 2 milyard 153,7 milyon manatı heyvandarlıq, 2 milyard 216,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 5,6 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,4 faiz, bitkiçilik məhsulları üzrə isə 8,9 faiz artım müşahidə edilib.