Naftalan şəhər hava limanı ilə tanışlıq

2021.07.22 21:07 (UTC+04:00)

İyulun 22-də Naftalan şəhərinə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev istismar müddəti başa çatmış Naftalan şəhər hava limanına baxıb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına hava limanı haqqında məlumat verilib.

Bildirilib ki, 1977-ci ildə istismara verilən hava limanı 1997-ci ilə qədər erməni qəsbkarları tərəfindən dəfələrlə atəşə tutulub. Bu, limanda təyyarələrin enmə və qalxması üçün real təhlükəyə çevrilib. 1997-ci ildə isə hava limanının fəaliyyəti dayandırılıb.