Milli mətbuat və jurnalistika günümüz mübarək!

2021.07.22 15:00 (UTC+04:00)

Ölkəmizdə “Milli mətbuat və jurnalistika günü” kimi qeyd olunan 22 iyul ilk milli qəzetimiz “Əkinçi”nin dünyaya gəldiyi gündür.

“Əkinçi” birbaşa cəmiyyətin istəyindən, əzmindən və mübarizəsindən deyil, tarixin millətimiz qarşısında qoyduğu çağırışdan, bir də Həsən bəy Zərdabinin böyük vətəndaş fədakarlığında doğuldu. Elə bir vaxtda doğuldu ki, haqq sözü millətə eşitdirmək üçün
qəzet çıxarmaqdan savayı qeyri bir əlac qalmırdı.

Həsən bəy min bir əziyyət hesabına “Əkinçi”ni nəşr edərkən DOĞRU SÖZÜN qeyri-adi gücünə, vaxt keçdikcə “daşı inadla yumşaldacağına” inanırdı.

Bu inam havada qalmadı. Öz başlanğıcını sağlam köklərdən alan Azərbaycan mətbuatı zamanın böyük sınaqlarında çıxdı.

Bu il isə “Milli mətbuat və jurnalistika günü”müz daha əlamətdar bir zamana təsadüf edir. Azərbaycan media nümayəndələri öz peşə bayramlarını Böyük Vətən müharibəsindən qalib çıxmış bir ölkənin vətəndaşları kimi qarşılayırlar.

Bütün həmklarlarımızı təbrik edir, yeni-yeni fədakarlıqlar və uğurlar diləyirik.