İnnovativ həllərə dair müsabiqə keçiriləcək

2021.07.22 11:53 (UTC+04:00)

BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) İnvestisiyaların və Texnologiyaların Təşviqi Ofisinin təşəbbüsü ilə innovativ həllərə dair müsabiqə keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC), Səhralaşma ilə Mübarizə Konvensiyası (UNCCD) və “Future Cleantech Architects” şirkəti ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan təşəbbüsün məqsədi “təmiz texnologiyalar” və davamlı torpaq idarəetməsi sahəsində fəaliyyət göstərən özəl müəssisələrin innovativ həllərinin təşviq edilməsidir. Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyktləri və startaplar da iştirak edə bilərlər. Müraciətlərin qəbulu üçün son müddət avqustun 2-dir.

Müsabiqəyə dair ətraflı məlumatı UNIDO-nun https://www.unido.org/global-call-itpos veb-səhifəsindən əldə etmək mümkündür.