Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Serbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviç arasında görüş keçirilib.
Görüşdə KOB-lara dəstək mexanizmlərinə dair təcrübə mübadiləsinə, Agentlik və Serbiyanın müvafiq qurumları arasında əlaqələrin yaradılmasına, hər iki ölkənin KOB-ları arasında əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin icrasına dair təşəbbüslərin reallaşdırılmasına dair fikir mübadiləsi aparılıb.