Hüquqi şəxslər əhaliyə 2,7 milyard manatlıq xidmət göstərib

2021.07.17 13:33 (UTC+04:00)

Yanvar-iyun aylarında əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz artaraq 3 milyard 535,1 milyon manat olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 690,3 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 76,1 faizini təşkil edib.

Altı ayda hər bir ölkə sakini orta hesabla 353,2 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 17,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.