Cari ilin yanvar-iyun ayları ərzində 546 investisiya layihəsinin maliyyələşdirilməsinə 36,6 milyon manat güzəştli kredit verilib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Bu kreditlər hesabına investisiya layihələri üzrə 1009 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bu müddət ərzində verilmiş kreditlərin 97,1 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür. Güzəştli kreditlərin 58,2 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 28,1 faizi sənaye məhsullarının istehsalı və emalı, 13,7 faizi digər sahələrə verilib”, - deyə nazir qeyd edib.