Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Türkiyәnin Azərbaycandakı səfiri Cahit Bağcı arasında görüş keçirilib.
KOBİA-dan bildirilib ki, görüşdə hər iki ölkənin KOB-ları arasında əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə birgə təşəbbüslərin reallaşdırılmasına, KOB-ların iştirakı ilə layihələrin icrasına dair fikir mübadiləsi aparılıb.