Toxuculuq, geyim və ayaqqabı sahələrində 250,8 milyon manatlıq məhsul istehsal edilib

2021.07.16 15:01 (UTC+04:00)

Bu ilin 6 ayında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 250,8 milyon manat dəyərində məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 2,2 dəfə, toxuculuq sənayesində 48,1 faiz, geyim istehsalında 10,7 faiz artım müşahidə edilib.