Emal sənayesində 7,2 milyard manatlıq məhsul istehsal olunub

2021.07.16 14:13 (UTC+04:00)

Yanvar-iyun emal sənayesində aylarında 7 milyard 232,9 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 80,8 faiz, qida məhsullarının istehsalında 8,1 faiz artım, içki istehsalında isə 5 faiz azalma müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından qənd və şəkər tozunun istehsalı 79,3 faiz, duru bitki yağlarının istehsalı 4,6 faiz, kərə yağının istehsalı 5,4 faiz, kolbasa məmulatlarının istehsalı 8,4 faiz artıb, marqarin istehsalı isə 8,7 faiz azalıb.