Cari ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 19 milyard 383,1 milyon manatlıq, o cümlədən 10 milyard 436,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 faiz artıb.