Cari ilin yanvar-iyun aylarında ölkədə 39 milyard 915 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,7 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 5,1 faiz artıb. ÜDM istehsalının 39,9 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,1 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,9 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 3987,6 manata bərabər olub.