Altı ayda min bir nəfər ünvanlı dövlət sosial yardımı ilə bağlı arayış alıb

2021.07.16 14:47 (UTC+04:00)

2021-ci ilin yanvar-iyun aylarında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə elektron arayış alanların sayı 19.162 nəfər olub. Bu arayışların 7.354-ü pensiya, 4.571-i müavinət və təqaüd, 3.940-ı fərdi şəxsi hesab, 1.001-i ünvanlı dövlət sosial yardımı ilə bağlı olub.

Fonddan verilən məlumata görə, ilk yarımildə 783 nəfər torpaq pay mülkiyyətçisi elektron arayış, 788 nəfər isə sosial sığorta şəhadətnaməsinin nömrəsini alıb. Elektron arayışların 272-si şəhid ailəsi üzvü, 15-i Milli Qəhrəman ailəsi üzvü ilə bağlı alınıb.