İkinci rübdə dövlət qiymətli kağızlarının xüsusi çəkisi artıb

2021.07.16 13:15 (UTC+04:00)

"Bakı Fond Birjası" QSC (BFB) ikinci rübün nəticələrini açıqlayıb. Rüb ərzində BFB-nin ümumi ticarət dövriyyəsi 8,3 milyard manat olub. Bunun 62 faizi dövlət qiymətli kağızlarının payına düşüb. Repo əməliyyatları 35 faiz, korporativ qiymətli kağızlar üzrə isə 2,5 faiz təşkil edib.

Birjanın Biznesin İnkişafı Qrupunun aparıcı mütəxəsssisi Fərid Abbaszadə bildirib ki, ikinci rübdə qiymətlı kağızlar bazarında üstünlük dövlət qiymətli kağızlarında olub. Onların ümumi həcmi 5, 168 milyon manat olub. Korporativ qiymətli kağızların payı 284 milyon manat, REPO əməliyyatları isə 3, 931 milyon manat təşkil edib.

F.Abbaszadə dövriyyədə olan dövlət qiymətli kağızlarının payının yüksək olması ilə bağlı qeyd edib ki, dövlət xarici borclanmanı daxili borclanma ilə əvəz etməkdə maraqlıdır. Bu səbəbdən BFB-də yerləşdirilən dövlət qiymətli kağızlarının - Maliyyə Nazirliyinin istiqrazlarının və Azərbaycan Mərkəzi Bankınının notlarının xüsusi çəkisi artıb.

İkinci rübdə REPO əməliyyatları ötən ilin eyni dövrü ilə müqayisədə 286 faiz artıb. Buna səbəb bankların bu sahədə fəallığının artmasıdır.