Pirallahı Sənaye Parkının rezidenti əməkdaşlığı genişləndirir

2021.07.15 17:06 (UTC+04:00)

Pirallahı Sənaye Parkının rezidenti “R-Pharm” MMC ilə Fransanın beynəlxalq müstəqil əczaçılıq qrupu olan “Servier” şirkəti arasında Azərbaycanda dərman preparatlarının istehsalına dair tərəfdaşlıq sazişi imzalanıb. Sazişə əsasən tərəflər “R-Pharm” MMC-nin istehsal müəssisəsində şəkərli diabetin fəsadlarının profilaktikası üçün “Diabeton®” (qliklazid) preparatının Azərbaycanda qablaşdırılmasını və satışını həyata keçirəcəklər.

Beş illik müqavilənin şərtlərinə əsasən, müəssisədə ildə qeyd edilən dərman preparatının təxminən 1 milyon qutu həcmində istehsalı həyata keçiriləcək.

Qeyd edək ki, dərman vasitələrinin istehsalı üzrə ixtisaslaşmış Azərbaycan-Rusiya birgə müəssisəsi olan “R-Pharm” MMC 2018-ci ilin sentyabr ayından Pirallahı Sənaye Parkının rezidentidir.