Yarım ildə əsas kapitala 6 milyard manatadək vəsait yönəldilib

2021.07.15 16:31 (UTC+04:00)

Cari ilin yanvar-iyun aylarında əsas kapitala 5 milyard 919,4 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,8 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 11,3 faiz azalıb.

İstifadə olunmuş vəsaitin 4 milyard 68,9 milyon manatı və ya 68,7 faizi məhsul istehsalı sahələrinə, 1 milyard 381,5 milyon manatı (23,4 faizi) xidmət sahələrinə, 469 milyon manatı (7,9 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.