Ölkə üzrə iyul ayının pensiyaları tam ödənilərək başa çatdırılıb

2021.07.15 15:29 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.

Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Xatırladaq ki, iyulun 17-də bütün müavinət, təqaüd, kompensasiyaların və ünvanlı dövlət sosial yardımının ödənilməsi də nəzərdə tutulub.