Əhalinin nominal gəlirləri artıb

2021.07.15 12:27 (UTC+04:00)

İlkin məlumatlara görə, cari ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri 27 milyard 580,7 milyon manat təşkil edib və əvvəlki ilin eyni dövrünə nisbətən 0,4 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əhalinin hər nəfərinə orta hesabla 2755,4 manatlıq gəlir düşüb. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 24 milyard 780 milyon manatlıq vəsait qalıb.