Muzdla çalışanların orta aylıq nominal əməkhaqqı 724 manat olub

2021.07.15 11:49 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 0,7 faiz azalaraq 724 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3215,9 manat, qeyri-neft-qaz sektorunda 672,6 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 635,5 manat, özəl müəssisələrdə isə 832,1 manat olub. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.